- Transfer
- 12:47 04.12.2025
Türkiyə “Fənərbağça”sının qapıçısı Dominik Livakoviç karyerasını İspaniyanın “Jirona” klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, La Liqa klubu xorvatiyalı qolkiperin transferi üçün İstanbul klubu ilə razılığa gəlib.
Klub yaxın saatlarda transferi açıqlanacağı gözlənilir. Qeyd edək ki, İspaniyada yay transfer pəncərəsi Bakı vaxtı ilə gecə yarısı (yerli vaxtla 00:00) bağlanacaq.
Bu mövsüm Livakoviç yalnız 7 oyundan 2-də meydana çıxıb, 5 matçda isə ehtiyatda qalıb. Bu görüşlərdə o, 2 qol buraxıb, “Fənərbağça” isə Çempionlar Liqasını tərk edib.