- Transfer
- 12:47 04.12.2025
PSJ-nin yarımmüdafiəçisi Karlos Soler karyerasını İspaniyanın “Real Sosyedad” klubunda davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 4 mövsümlük müqavilə imzalanıb və əlavə olaraq müqavilənin 1 il uzadılması imkanı da nəzərdə tutulub.
Transferin La Liqa klubuna 8 milyon avroya başa gəlib.
Qeyd edək ki, Soler ötən mövsümü İngiltərə Premyer Liqasında “Vest Hem” komandasında icarə əsasında keçirmişdi. Orada o, 33 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.