- Transfer
- 23:59 29.01.2026
Türkiyənin "Fənərbağça" klubu "Mançester Siti"nin qapıçısı Edersonun transferini rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı qolkiperlə 3+1 illik müqavilə imzalayıb.
Təcrübəli oyunçu yeni klubunda hər il üçün 11 milyon avro qazanacaq.