30 iyun 2026. Çərşənbə axşamı

“Beşiktaş” çex futbolçu transfer etdi


  • Transfer
  • 20:56 02.09.2025
  • Oxunma sayı: 118
“Beşiktaş” çex futbolçu transfer etdi

Almaniya Bundesliqası təmsilçisi “Volfsburq”un hücumçusu Vaçlav Çerni karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Beşiktaş" 27 yaşlı cinah oyunçusu ilə 3+1 illik müqavilə imzalayıb

Çexiyalı futbolçu İstanbul təmsilçisində 81 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Çerni cari mövsümdə “Volfsburq”un heyətində 3 oyun keçirib və 1 qol vurub.







Transfer