1 oktyabr 2026. Cümə axşamı

“İnter”dən Yunanıstan klubuna


  • Transfer
  • 21:10 02.09.2025
  • Oxunma sayı: 152
“İnter”dən Yunanıstan klubuna

İran millisinin hücumçusu Mehdi Taremi karyerasını Yunanıstanda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 32 yaşlı forvard İtaliyanın məşhur klubu “İnter”i tərk edərək ölkənin ən titullu komandası “Olimpiakos”la anlaşıb.

Taremi keçidi ilə bağlı emosional açıqlama verib:
“İnter”dən ayrılmaq mənim üçün asan olmadı. Bu formanı geyinmək böyük şərəfdir. Klub həmişə qəlbimdə qalacaq və azarkeşlərə dərin minnətdaram”, – deyə futbolçu fcinter1908.it-ə bildirib.

Qeyd edək ki, Taremi “İnter”də cəmi bir mövsüm çıxış edib. O, 2024-cü ildə İtaliyaya “Portu”dan transfer olunmuşdu.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir