- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted” heyətini yeni qapıçı ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə klubunun baş məşqçisi Ruben Amorimin komandası Belçikanın “Antverpen” klubundan ayrılan Senne Lammensi transfer edib.
Məlumata görə, 21 yaşlı qolkiper “qırmızı şeytanlar”da 31 nömrəli formanı geyinəcək.
Son 10 ildə bu nömrə Cek Batlənd, Martin Dubravka, Neman’ya Matiç, Bastian Şvaynştayger və Maruan Fellaini kimi futbolçulara məxsus olub.
Hazırda “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 9-cu yeri tutur. Komanda üç turdan sonra aktivinə 4 xal yazdırıb.