- Transfer
- 12:47 04.12.2025
“Atalanta”nın hücumçusu Adebayo (Ademola) Lukman karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 26 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Fənərbağça” Nigeriya millisinin üzvünə ümumi dəyəri 24 milyon avronu aşan dörd illik müqavilə təklif edib.
Futbolçuya ildə 6 milyon avro maaş və əlavə bonuslar vəd olunub. Lakin hazırda tərəflər – nə oyunçunun özü, nə də onun hazırkı komandası “Atalanta” ilə hələ razılıq əldə olunmayıb.
Transfermarkt məlumatına əsasən, Lukmanın bazar dəyəri 60 milyon avro təşkil edir. Onun “Atalanta” ilə müqaviləsi isə 2027-ci ilin iyununun sonuna qədər qüvvədədir.
Qeyd edək ki, nigeriyalı forvard geridə qalan mövsümdə A Seriyasında 31 oyunda 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.