- Transfer
- 12:47 04.12.2025
İngiltərə millisinin hücumçusu Rəhim Sterlinq karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəmir.
90deqiqe.Az-ın "Transfer News Live"yə istinadən məlumatına görə, 30 yaşlı futbolçu “Çelsi”də qalmaq qərarına gəlib. Maraqlıdır ki, hazırda Sterlinq London klubunun ən yüksək maaş alan oyunçusudur – həftəlik 300 min funt sterlinq.
Sterlinqin “Çelsi” ilə qüvvədə olan müqaviləsi daha iki mövsüm davam edəcək. Daha öncə mətbuatda onun “Fulhem”lə də adı hallansa da, keçid baş tutmamışdı.
Qeyd edək ki, aparıcı Avropa liqalarında yay transfer pəncərəsi bağlansa da, bəzi ölkələrdə – o cümlədən Rusiya və Səudiyyə Ərəbistanında transferlər üçün müddət hələ də açıqdır.
Sterlinq 2024/2025 mövsümündə icarə əsasında “Arsenal”ın heyətində də çıxış etmişdi.