- Transfer
- 12:47 04.12.2025
Almaniyanın “Bavariya” klubunun gənc hücumçusu Yuna Kusi-Asare karyerasını İngiltərədə davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu mövsümün sonunadək “Fulhem” komandasında icarə əsasında çıxış edəcək.
İngiltərə Premyer Liqasına yollanmadan öncə Kusi-Asare “Bavariya” ilə müqaviləsini yeniləyib.
Qeyd edək ki, Kusi-Asare 2024-cü ilin qışında “Bavariya” akademiyasına qoşulub. O, ikinci komandada 12 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya klubunun əsas komandasında isə şved futbolçu 2 dəfə meydana çıxıb, məhsuldar göstərici göstərməyib.
Hazırda “Fulhem” Premyer Liqada 3 turdan sonra 18-ci pillədə, aktivində yalnız 2 xal ilə qərarlaşıb.