- Transfer
- 12:47 04.12.2025
“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport İspaniyanın “Atletik” klubuna keçidi baş tutmayıb.
90deqiqe.Az xəbər verir ki, Bilbao komandası futbolçu ilə üçillik müqavilə bağlamağa razılıq əldə etmişdi, lakin Səudiyyə klubundan transfer vaxtında tamamlanmayıb.
31 yaşlı futbolçunun “Atletik”ə keçidi FİFA-nın beynəlxalq transfer sistemi TMS-ə sənədlərin vaxtında təqdim edilməməsi səbəbindən baş tutmayıb. Nəticədə transferi qeydiyyata almaq mümkün olmayıb.
Hazırda vəziyyəti FİFA və İspaniya Krallığı Futbol Federasiyası araşdırır. Yaxın günlərdə məlum olacaq ki, transfer hələ də reallaşa biləcəkmi. “Atletik” klubunun ümidləri hələ də qalır.