- Transfer
- 12:47 04.12.2025
“Ayaks”ın hücumçusu Bertan Traore İngiltərənin “Sanderlend” klubuna keçib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Burkina-Faso millisinin üzvü ilə 1 illik müqavilə bağlanıb və müqavilədə 1 illik uzatma opsiyası da mövcuddur.
29 yaşlı cinah oyunçunun transferi üçün 2,9 milyon avro ödənilib.
Qeyd edək ki, Traore keçən mövsüm “Ayaks”da 49 oyuna çıxaraq 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar dəyəri Transfermarkt məlumatına görə 8 milyon avro təşkil edir.