- Transfer
- 12:47 04.12.2025
Fransanın “Marsel” klubu heyətinə iki yeni üzv qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar mərkəz yarımmüdafiəçisi Mett O’Rayli və müdafiəçi Nayef Agerddir.
O’Rayli “Brayton”dan icarə əsasında 2 milyon avro qarşılığında transfer olunub və cari mövsümün sonuna qədər Liqə 1-də çıxış edəcək.
Danimarkalı müdafiəçi Agerd isə “Vest Hem” klubundan keçərək 5 illik müqavilə imzalayıb. Bu transfer üçün isə 23 milyon avro ödənilib.
Qeyd edək ki, O’Rayli keçən mövsüm “Brayton”da 24 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Agerd isə əvvəlki mövsümü “Real Sosyedad”da icarə əsasında keçirib, 36 oyunda iştirak edib, amma qol və assistlə yadda qalmayıb.