14 dekabr 2025. Bazar günü

"Bavariya" müdafiəçisini "Yuventus"a buraxmadı


  • Transfer
  • 23:33 03.09.2025
  • Oxunma sayı: 206
"Bavariya" müdafiəçisini "Yuventus"a buraxmadı

“Bavariya”nın sağ cinah müdafiəçisi Saşa Boe “Yuventus”a transferi baş tutmayıb.

90deqiqe.Az-ın məlumatına görə, transfer pəncərəsi bağlanmazdan əvvəl “qoca sinyora” 24 yaşlı futbolçu üçün icarə təklifi verib, lakin Münhen klubu bunu rədd edib.

Boe “Bavariya”da daimi oyun praktikası əldə etmir. Cari mövsümdə fransız futbolçu Vensan Kompaninin komandası ilə dörd matça çıxıb, amma start heyətində yalnız Almaniya Kubokunda “Veen Visbaden”ə qarşı oyunda yer alıb.

"Transfermarkt" portalının qiymətləndirməsinə görə, Boë-nin bazar dəyəri 18 milyon avrodur. Daha əvvəl futbolçuya “Marsel” də maraq göstərmişdi.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı