14 dekabr 2025. Bazar günü

“Barselona” 2026-cı il transferləri üçün planlarını açıqlayıb


  • Transfer
  • 23:54 03.09.2025
  • Oxunma sayı: 197
“Barselona” 2026-cı il transferləri üçün planlarını açıqlayıb

Yay transfer pəncərəsi top liqalarda bağlanıb və “Barselona” artıq növbəti yay üçün heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, klub iki əsas transfer hədəfi müəyyən edib.

2026-cı ildə kataloniyalılar 26 yaşlı müdafiəçi Alessandro Bastoni (“İnter”) və 25 yaşlı hücumçu Xulian Alvaresi (“Atletiko”) heyətinə qatmaq istəyir. Bu oyunçular üçün ümumilikdə 180 milyon avro ayrılıb – Bastoni üçün 80 milyon, Alvares üçün 100 milyon avro.

Qeyd edək ki, Hans-Diter Flikin komandası İspaniya çempionatının ilk üç turunda 7 xal toplayıb. Ötən həftəsonu “Barselona” səfərdə “Rayo Valyekano” ilə 1:1 hesablı heç-heçə edib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı