30 yanvar 2026. Cümə

"Napoli" onu icarəyə verdi


  • Transfer
  • 12:50 04.09.2025
  • Oxunma sayı: 171
"Napoli" onu icarəyə verdi

İtaliyanın "Napoli" klubu yarımmüdafiəçi Luis Hasanı icarəyə verib.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu mövsümün sonuna qədər "Carrareze" komandasının uğurları üçün çalışacaq. Bu barədə klubun saytı məlumat yayıb.

Alban əsilli futbolçu Luis Hasa, peşəkar karyerasına "Yuventus"-un ehtiyat komandasında başlamış, həmçinin "Leçe" komandasının da heyətində çıxış edib. O, İtaliya yığmasının müxtəlif yaş qruplarında, o cümlədən gənclər və U-21 komandalarında təmsil olunub. 2023-cü ildə İtaliya ilə Avropa çempionu olub (19 yaşadək futbolçular arasında), bir il əvvəl isə 18 yaşadək oyunçulardan ibarət İtaliya komandası ilə Aralıq dənizi oyunlarında gümüş medal qazanıb.

Bu mövsümdə Luis Hasa, bazar dəyəri 1 milyon avro olaraq qiymətləndirilən oyunçu hələ ki, meydanda çıxış etməyib.







Transfer