26 mart 2026. Cümə axşamı

"Arsenal" və "Barselona" onun üçün mübarizə aparacaq


  • Transfer
  • 12:53 04.09.2025
  • Oxunma sayı: 163
"Arsenal" və "Barselona" onun üçün mübarizə aparacaq

"Nottinhem Forest"in mərkəz müdafiəçisi Mürillo qış transfer pəncərəsində klubunu dəyişə bilər. 

90deqiqe.Az-ın "CaughtOffside"ə istinadən məlumatına görə, "Arsenal" və "Barselona" klubları braziliyalı futbolçunun xidmətində maraqlıdır. Sözügedən klublar 23 yaşlı oyunçunu qış transfer pəncərəsi zamanı heyətinə qatmağı nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə əlaqə saxlanılıb.

Cari mövsümdə Mürillo, İngiltərə Premyer Liqasında 3 matçda meydana çıxıb və bir sarı vərəqə alıb. Mart ayında isə o, Braziliya milli komandasının heyətində debüt edib. Müdafiəçinin "Nottinhem Forest" ilə olan müqaviləsi 2029-cu ilin ortasına qədər qüvvədədir. Transfermarkt portalının mütəxəssisləri Mürillonun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.







Transfer