- Transfer
- 23:59 25.03.2026
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliyanı tərk edərək vətəninə qayıtmaq niyyətindədir.
90deqiqe.Az-ın "Fotomac"a istinadən məlumatına görə, 31 yaşlı futbolçu “Qalatasaray”a açıq mesaj göndərib və keçid üçün hər cür güzəştə hazır olduğunu bildirib. Bunun ardınca Türkiyənin nəhəng klubu “İnter”in prezidenti Marotta ilə görüş keçirib.
Əvvəlcə “neradzurri” türk futbolçunu qışa qədər buraxmaq istəməsə də, vəziyyət dəyişə bilər. Çünki “Qalatasaray” transferi 12 sentyabra qədər tamamlamayı planlaşdırır. Rəsmi təklif 15–20 milyon avro təşkil edir.
Qeyd edək ki, Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir. Bu mövsümdə isə İtaliya çempionatında yalnız bir oyunda iştirak edib və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.