İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizionun yeni klubu bəlli olub.
Corner.az xəbər verir ki, son olaraq Rusiyanın “Zenit” klubunda çıxış edən, bu yay azad agent statusu ilə komandadan ayrılan 33 yaşlı futbolçu Monako ilə 1 illik müqaviləyə imzalayacaq.
Bu barədə “Sportmediaset” məlumat yayıb. Sözügedən nəşrin iddiasına görə, tərəflər futbolçudan razı qalsa, mövsümün sonunda müqavilənin müddəti uzadılacaq.
Qeyd edək ki, italiyalı futbolçu “Zenit”ə 2018/19 mövsümünün əvvəlində keçmişdi.