26 mart 2026. Cümə axşamı

"Liverpul" heyətinə yeni müdafiəçi alır


  • Transfer
  • 23:04 04.09.2025
  • Oxunma sayı: 177
"Liverpul" heyətinə yeni müdafiəçi alır

“Liverpul” "Brayton"un mərkəz müdafiəçisi Yan Paul Van Hekkeyi növbəti yay transfer pəncərəsində komandaya cəlb etməyi planlaşdırır.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 25 yaşlı futbolçu “Kristal Pelas”ın müdafiəçisi Mark Qehinin keçidi baş tutmadığı üçün “Liverpul” tərəfindən əvəzçi kimi nəzərdən keçirilir. Artıq futbolçunun agenti ilə danışıqlar başlanılıb və ilkin razılıq əldə edilib.

 Van Hekkeyə həmçinin “Tottenhem” və “Nyukasl Yunayted” də maraq göstərir.

Ötən mövsümdə Van Hekke "qağayılar"ın forması ilə bütün turnirlərdə 39 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər etibarlıdır. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar qiyməti 32 milyon avrodur.







Transfer