2 oktyabr 2026. Cümə

Okazaki La Liqa klubunda


  • Transfer
  • 20:17 05.09.2019
  • Oxunma sayı: 533
Okazaki La Liqa klubunda
Yaponiya millisinin sabiq hücumçusu Sindzi Okazakinin yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, İspaniyanın “Hueska” klubu 33 yaşlı futbolçunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna sahib olan hücumçu ilə 1 illik müqavilə imzalanıb.  
 
Qeyd edək ki, Okazaki bu yay İspaniyanın digər klubu “Malaqa” ilə müqavilə bağlasa da, sözügedən komanda maliyyə feyr-pleyi ilə əlaqədar onu sifariş edə bilməmişdi. Bu üzdən də tərəflər yollarını ayırmağa qərar vermişdi.






Transfer