- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted”in müdafiəçisi Tirell Malasiya hələ də cari transfer pəncərəsində komandadan ayrıla bilər.
90deqiqe.Az-ın “StrettyNews”a istinadən yaydığı məlumata görə, “qırmızı şeytanlar” 26 yaşlı futbolçu üçün Türkiyənin “İstanbul Başakşəhər” klubundan rəsmi icarə təklifi alıblar. İstanbul təmsilçisi hazırda icarə müqaviləsinə niderlandlı futbolçunun satın alınma hüququnun əlavə edilməsi barədə danışıqlar aparılır.
Malasiya 2022-ci ildən “Mançester Yunayted”in formasını geyinir, lakin hazırda baş məşqçi Ruben Amorim onun komandadakı planlarına daxil etməyib. Bu mövsümdə müdafiəçi hələ bir dəfə də oyuna çıxmaq üçün heyətə salınmayıb.