- Transfer
- 23:59 25.03.2026
Polşalı qapıçı Lukaş Fabianski "Ves Hem"ə geri dönə bilər.
90deqiqe.Az-ın “talkSPORT”a istinadən yaydığı məlumata görə, "moletonboytalar" 40 yaşlı qapıçı ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Fabianski keçən mövsümün sonunda "Ves Hem"i tərk edib. O, 2018-2025-ci illərdə London klubunun formasını geyinib, bu müddət ərzində 216 oyuna çıxıb, 290 qol buraxıb və 55 dəfə öz qapısını toxunulmaz saxlayıb.
Hazırda Qrem Potterin rəhbərlik etdiyi komanda, 3 xalla İngiltərə Premyer Liqasının 16-cı pilləsində qərarlaşıb.