14 dekabr 2025. Bazar günü

“Vest Hem” Lukas Fabianskini geri qaytardı


  • Transfer
  • 20:23 10.09.2025
  • Oxunma sayı: 109
“Vest Hem” Lukas Fabianskini geri qaytardı

İngiltərənin “Vest Hem” klubu təcrübəli qapıçı Lukas Fabianskinin yenidən komandaya qayıtdığını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı polşalı qolkiperlə 2025/2026 mövsümünün sonunadək müqavilə imzalanıb.

Xatırladaq ki, Fabianski ötən mövsümün sonunda “Vest Hem”dən ayrılmışdı. O, London təmsilçisinin heyətində ümumilikdə 216 rəsmi oyunda meydana çıxıb və 290 qol buraxıb.

Hazırda “Vest Hem” İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Komanda geridə qalan üç turda 3 xal toplayıb. “Mıxçılar” növbəti oyununu sentyabrın 13-də, öz meydanında “Tottenhem”ə qarşı keçirəcək.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı