28 mart 2026. Şənbə

"Barselona" "Yuventus"a 80 milyon avro təklif edəcək


  • Transfer
  • 22:47 10.09.2025
  • Oxunma sayı: 194
"Barselona" "Yuventus"a 80 milyon avro təklif edəcək

“Yuventus”un cinah oyunçusu Kənan Yıldız "Barselona" klubunun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “Fichajes”ə istinadən yaydığı məlumata görə, Kataloniya klubunun prezidenti Joan Laporta 20 yaşlı futbolçunu qış transfer pəncərəsində komandanın heyətinə qatmağı nəzərdən keçirir.

Funksioner artıq Türkiyə millisinin üzvünüm agenti ilə də əlaqə saxlayıb.

“Yuventus” rəhbərliyi isə Kənan Yıldızı yüksək qiymətləndiyi üçün minimal məbləğ 80 milyon avro tələb edir.

Bundan əlavə, gənc futbolçu İngiltərə Premyer Liqası klublarının da maraq dairəsindədir. Kənan Yıldız “Yuventus”un heyətində indiyədək 86 oyuna çıxıb, 16 qol vurub və 13 məhsuldar ötürmə edib.







Transfer