14 dekabr 2025. Bazar günü

2026-cı il üçün əsas transfer hədəfi bu müdafiəçidir - “Real”ın


  • Transfer
  • 13:48 13.09.2025
  • Oxunma sayı: 239
2026-cı il üçün əsas transfer hədəfi bu müdafiəçidir   - “Real”ın

“Kristal Pelas”ın müdafiəçisi Adam Uorton karyerasını “Real” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Defensacentral"a istinadən məlumatına görə, Madrid klubu 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. İspaniya nəhəngi qış transfer pəncərsində futbolçunu transfer etmək üçün agenti ilə artıq ilkin danışıqlara başlayıb.

“Real” Uorton üçün təxminən 60 milyon avro təklif etməyi planlaşdırır. Eyni zamanda, İngiltərə təmsilçisi “Mançester Yunayted” də oyunçuya maraq göstərir və gələn yay mümkün keçid üçün agenti ilə danışıqlar aparıb.

“Kristal Pelas” Uortonu 2024-cü ildə 21 milyon avroya transfer etmişdi. Cari mövsümdə o, bütün turnirlərdə 6 oyuna çıxaraq 1 məhsuldar ötürmə edib. Futbolçunun “orla”larla müqaviləsi 2029-cu ilədək nəzərdə tutulub. Transfermarkt portalına əsasən, Uortonun bazar dəyəri 45 milyon avrodır.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı