30 sentyabr 2026. Çərşənbə

“Mançester Siti” Bernardu Silvaya əvəzləyici tapıb


  • Transfer
  • 21:27 18.09.2025
  • Oxunma sayı: 176
“Mançester Siti” Bernardu Silvaya əvəzləyici tapıb

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbiy Maynu karyerasını “Mançester Siti” də davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 20 yaşlı futbolçunun xidmətində "şəhərlilər" maraqlıdır.

Mənbənin məlumatına görə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola ingilis oyunçunun bacarıqlarını yüksək qiymətləndirir və onu yarımmüdafiədə Bernardu Silvanın potensial əvəzləyicisi kimi görür.

“Mançester Yunayted”in yetirməsi olan gənc futbolçunun mövcud durumundan narazı olduğu bildirilir. 

Qeyd olunur ki, “Mançester Yunayted” öz yetirməsini saxlamaq niyyətindədir və oyunçunu 80,5 milyon avro ucuz qiymətə satmaq istəmir.

Cari mövsümdə Maynu bütün turnirlərdə 3 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir