14 dekabr 2025. Bazar günü

“Benfika”nın yeni baş məşqçisi bəlli oldu


  • Transfer
  • 21:32 18.09.2025
  • Oxunma sayı: 113
“Benfika”nın yeni baş məşqçisi bəlli oldu

Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Benfika”nın yeni baş məşqçisi olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 62 yaşlı çalışdırıcı ilə müqavilə 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulub.

Mourinyonun son iş yeri Türkiyənin “Fənərbağça” klubu olub. Təcrübəli mütəxəssis avqustun sonunda İstanbul təmsilçisindən ayrılıb. O, daha əvvəl “Real Madrid”, “Çelsi”, “İnter”, “Tottenhem”, “Roma” və “Portu” kimi klublarda da çalışıb.

Qeyd edək ki, “Benfika” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turunda “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Brunu Lajı ilə yollarını ayırmışdı.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı