30 yanvar 2026. Cümə

Fernandu Santuş Yunanıstan klubunu çalışdıra bilər


  • Transfer
  • 22:19 18.09.2025
  • Oxunma sayı: 270
Fernandu Santuş Yunanıstan klubunu çalışdıra bilər

Yunanıstanın "Panathinaikos" klubu Rui Vitoria ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, klubun bu post üçün əsas hədəfi Fernandu Santuşdur. Yunanıstan təmsilçisi mütəxəssisin agenti ilə əlaqədə saxlayıb.

Portuqaliyalı mütəxəssis 2002/2003 mövsümündə "Panathinaikos"u çalışdırıb.

70 yaşlı mütəxəssis son olaraq Azərbaycan milli komandasını çalışdırıb və 2023/2024 mövsümündə Beşiktaşda fəaliyyət göstərib. Klubun qərarı yaxın həftələrdə açıqlanacağı gözlənilir.







Transfer