14 dekabr 2025. Bazar günü

Slaven Biliç “Vest Hem”ə qayıda bilər


  • Transfer
  • 23:55 18.09.2025
  • Oxunma sayı: 334
Slaven Biliç “Vest Hem”ə qayıda bilər

Təcrübəli mütəxəssis Slaven Biliç gözlənilmədən “Vest Hem”ə qayıda bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Vest Hem”in sahibi Devid Sallivan komandanın baş məşqçisi postunda dəyişiklik etməyi düşünür. Əgər Qrem Potter vəzifəsindən azad olunarsa, 57 yaşlı mütəxəssis ilk namizəd kimi siyahıya düşəcək. Artıq xorvat mütəxəssislə ilkin danışıqlara da başlanılıb.

Eyni zamanda, qısa siyahıda digər namizədlər də var: Nunu Eşpiritu Santo (“Nottingem Forest”dan ayrılıb) və Şon Dayç (“Everton”u yanvar 2025-ə qədər çalışdırıb).

Qeyd edək ki, Biliç London klubunu 2015-2017-ci illərdə çalışdırmışdı.İngiltərə Premyer Liqasının cari mövsümündə “Vest Hem” 4 turdan sonra 18-ci yerdə, yəni düşmə zonasındadır və klubun aktivində cəmi 3 xal var.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı