- Transfer
- 12:47 04.12.2025
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç “Yuventus”un diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "Tuttosport "ə istinadən məlumatına görə, serbiyalı futbolçunun xidmətində Turin klubu maraqlıdır. İtaliya klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Turin klubu vəziyyəti yaxından izləyir və oyunçunun təcrübəsini əsas üstünlüklərdən biri hesab edir.
Məlumata görə, Milinkoviç-Saviç Səudiyyə Ərəbistanında üç il keçirdikdən sonra Avropaya qayıtmaq arzusundadır. Onun “Yuventus”a qış transfer pəncərəsində keçidi mümkündür. Lakin ehtimallara görə, turinlilər futbolçunu azad agent kimi heyətinə qatmağa çalışacaq və bu halda o, komandaya gələn yay qoşula bilər.