5 dekabr 2025. Cümə

Nəhənglər onun üçün yarışacaq

“Mançester Siti” və “Arsenal”


  • Transfer
  • 00:49 24.09.2025
  • Oxunma sayı: 403
Nəhənglər onun üçün yarışacaq

Almaniyanın “Ayntraxt” klubunun sol cinah müdafiəçisi Nataniyel Braun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"ə istinadən məlumatına görə, 22 yaşlı futbolçunun xidmətində “Mançester Siti” və “Arsenal” klubları maraqlıdır.

 İngiltərə nəhəngləri yaxın gələcəkdə futbolçunun transferi ilə bağlı danışıqlara başlamağı nəzərdən keçirir.

Braun 2024-cü ilin yayından Frankfurt təmsilçisinin formasını geyinir. Ötən mövsüm o, bütün turnirlərdə 33 matça çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Alman müdafiəçinin “Ayntraxt”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 22 milyon avro təşkil edir.







Transfer