5 dekabr 2025. Cümə

“Tottenhem” Harri Keyni geri qaytara bilər


  • Transfer
  • 20:53 24.09.2025
  • Oxunma sayı: 182
“Tottenhem” Harri Keyni geri qaytara bilər

Münhen “Bavariya”sının hücumçusu Harri Keyn Premyer Liqaya qayıda bilər.

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, futbolçunun sabiq klubu – “Tottenhem” ingilis forvardı növbəti yay transfer etmək variantını nəzərdən keçirir.

Mənbənin yazdığına əsasən, London təmsilçisi Keynin müqaviləsindəki xüsusi bənddən istifadə etməyi planlaşdırır. Hücumçunun azadlıq qiyməti təxminən 65 milyon avro təşkil edir. “Tottenhem”in baş məşqçisi Tomas Frank da açıqlamasında klubun Keynin dönüşünə sevinəcəyini bildirib.

Xatırladaq ki, 31 yaşlı hücumçu cari mövsümdə “Bavariya”nın heyətində 7 oyuna çıxaraq 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.







Transfer