5 dekabr 2025. Cümə

“Mançester Yunayted” heyətini yeni qapıçı ilə gücləndirmək istəyir


  • Transfer
  • 22:03 24.09.2025
  • Oxunma sayı: 297
“Mançester Yunayted” heyətini yeni qapıçı ilə gücləndirmək istəyir

Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az-ın "Talksport"a istinadən məlumatına görə, 30 yaşlı qolkiperlə “Mançester Yunayted” maraqlanır. Klubun baş məşqçisi Ruben Amorim qış transfer pəncərəsi zamanı komandaya təcrübəli qapıçı gətirmək niyyətindədir. Artıq futbolçunun agenti ilə ilkin danışıqlara başlayıb. Bununla yanaşı, Menyan üçün “Çelsi” də rəqabət yaradacaq.

Xatırladaq ki, London klubu keçən yay Menyanı transfer etmək istəsə də, razılıq əldə olunmamışdı. Hazırda qapıçının “Milan”la müqaviləsi gələn ilin ortasına qədər qüvvədədir və onun transfer qiyməti 25 milyon avro təşkil edir.







Transfer