5 dekabr 2025. Cümə

"Barselona" "Mançester Yunayted"in daha bir futbolçusunu icarəyə götürə bilər


  • Transfer
  • 21:21 25.09.2025
  • Oxunma sayı: 245
"Barselona" "Mançester Yunayted"in daha bir futbolçusunu icarəyə götürə bilər

 “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobi Maynu karyerasını  “Barselona”da davam etdirə bilər.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi qış transfer pəncərəsi zamanı 20 yaşlı futbolçunu icarəyə götürməyi nəzərdən keçirir.

Klub bu futbolçuda qısa müddətli alternativ olaraq Qavi üçün əvəzedici görür. Artıq ingilis futbolçunun agenti iə əlaqə saxlayıb.

Əvvəlki məlumatlara görə, Kobi Maynu da daha çox oyun praktikası əldə edə biləcəyi komandaya keçmək istəyir.

Qeyd edək ki, Qavi zədəsi səbəbindən əməliyyat olunub və tam bərpası 4-5 ay çəkəcək. Optimal formada isə yarımmüdafiəçi yalnız yaz aylarına yaxın komanda ilə tam inteqrasiya ola bilər.







Transfer