5 dekabr 2025. Cümə

Peres ulduz futbolçunu arzulayır - Onu "Real"a nə vaxt gətirəcək?


  • Transfer
  • 21:54 25.09.2025
  • Oxunma sayı: 253
Peres ulduz futbolçunu arzulayır  - Onu "Real"a nə vaxt gətirəcək?

“Real”ın prezidenti Florentino Peres komandaya yeni superulduz gətirməyi planlaşdırır.

90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumatına görə, ​​​​​​Madrid klubunun rəhbəri PSJ-də çıxış edən yarımmüdafiəçi Vitinyonu “Real”ın formasında görmək istəyir.

Peres inanıbdır ki, Vitinyo “kremli”lər üçün ideal oyunçudur.

Mənbəyə görə, Peres artıq oyunçunun meneceri Jorge Mendes ilə şifahi razılığa gəlib. Razılaşmaya əsasən, əgər Vitinyo PSJ-dən ayrılmaq qərarına gəlsə, onun prioritet klubu “Real” olacaq.

Lakin Vitinyonun transferi üçün “PSJ” ilə razılıq əldə etmək Madrid klubu üçün asan olmayacaq. Təcrübəli Transfermarkt portalı 25 yaşlı portuqaliyalının bazar dəyərini 80 milyon avro qiymətləndirir. Qeyd edək ki, Vitinyo 2025-ci ilin “Qızıl Top” səsverməsində üçüncü yerə layiq görülüb.







Transfer