15 aprel 2026. Çərşənbə

10 ildə transferlərə 12 milyon avro xərc


  • Transfer
  • 15:55 09.09.2019
  • Oxunma sayı: 564
10 ildə transferlərə 12 milyon avro xərc

Son 10 ildə transferlərə ən çox pul xərcləyən klubların adları müəyyənləşib.

Corner.az xəbər verir ki, CIES futbol qurumu 2010-cu ildən bu tərəfə  Avropa klublarının transfer bazarındakı fəaliyyətini araşdırıb.

Burda liderlik "Mançester Siti"yə məxsusdu. "Şəhərlilər" 2010-cu ildən buyana heyətin gücləndirmək üçün 1 milyard 638 milyon avro xərc çəkib. İkinci sırada "Barselona", Üçüncü sırada isə "Çelsi" qərarlaşıb.

İlk "10-luq"da qərarlaşan komandalar bu müddətdə ümumilikdə 12 milyard avrodan çox xərcləyib.

 

Siyahı belədi:

1. "Mançester Siti" - 1.638 milyard avro

2. "Barselona" - 1.525 milyard

3. "Çelsi" - 1.428 milyard

4. PSJ - 1.392 milyard

5. "Yuventus" - 1.272 milyard

6. "Mançester Yunayted" - 1.265 milyard

7. "Real" - 1.236 milyard

8. "Atletiko" - 1.110 milyard

9. "Liverpul" - 1.075 milyard

10. "İnter" - 968 milyon avro







Transfer