- Transfer
- 12:47 04.12.2025
PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeryi karyerasını “Mançester Siti”də davam etdirə bilər.
90deqiqe.Az-ın "Jeunes Footeux"a istinadən məlumatına görə, fransalı futbolçunun xidmətində “şəhərlilər” maraqlıdır.
"Mançester" klubunun baş məşqçisi Xosep Qvardiola 19 yaşlı yarımmüdafiəçinin qış transfer pəncərəsi zamanı heyətə qatılmasını rəhvbərlikdən şəxsən istəyib.
Klub oyunçunun vəziyyətini diqqətlə izləyəcək və fürsət yaranarsa onu transfer edə bilər.
PSJ prezidenti Nasser Əl-Xəlaifi Zair-Emeryin transferi üçün 100 milyon avro tələb edir.
2025/26 mövsümündə gənc yarımmüdafiəçi PSJ üçün 7 oyunda iştirak edib, onların 4-də isə start heyətində meydana çıxıb.