- Transfer
- 12:47 04.12.2025
"Everton"un müdafiəçisi Cerrad Brentvey karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "CaughtOffside"ya istinadən məlumatına görə, “qırmızı şeytanlar” 23 yaşlı futbolçunun xidmətində maraqlıdır.
“Mançester" klubu qış transfer pəncərəsi zamanı Brentveyt üçün 68,6 milyon avro təklif etməyə hazırlaşır. İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə ilkin razılıq əldə edib.
23 yaşlı oyunçu transferində “Liverpul” da maraqlıdır.
Brentveyt ötən yay “Everton”la müqaviləsini 5 mövsüm – 2030-cu ilin ortasına qədər uzadıb. Lakin zədəyə görə bu mövsüm hələ oyun keçirməyib. Karyerası ərzində Everton üçün 86 matçda meydana çıxan müdafiəçi 4 qol vurub.