5 dekabr 2025. Cümə

“Vest Hem” yeni baş məşqçi axtarır


  • Transfer
  • 23:50 25.09.2025
  • Oxunma sayı: 377
“Vest Hem” yeni baş məşqçi axtarır

“Vest Hem” yaxın zamanda baş məşqçi Qrem Potterdən ayrılma ehtimalını nəzərə alaraq yeni çalışdırıcı axtarır.

90deqiqe.Az-ın "Claret & Hugh"a istinadən məlumatına görə, bu vəzifəyə hazırda “Börnli”ni çalışdıran Skott Parker əsas namizədlər arasındadır.

Məlumata görə, əgər klub Potterlə yollarını ayırmağa qərar verərsə, “moltoboylar” Parkerin xidmətlərini ələ keçirməyə çalışa bilər. Artıq çalışdırıcının agenti ilə əlaqə də saxlanılıb.

Qeyd edək ki, “Vest Hem” Premyer Liqaya uğursuz start verib: beş turun ardından London klubu turnir cədvəlində 19-cu pillədədir və yalnız 3 xal toplayıb. Skott Parker isə 2024-cü ilin yayından bəri “Börnli”nin baş məşqçisidir. Keçən yaz onun rəhbərliyi altında komanda Çempionşipdə ikinci yeri tutaraq Premyer Liqaya yüksəlib.







Transfer