9 noyabr 2025. Bazar günü

Bremerin satış qiymətini açıqladı - “Yuventus”


  • Transfer
  • 22:23 26.09.2025
  • Oxunma sayı: 158
Bremerin satış qiymətini açıqladı   - “Yuventus”

“Yuventus”un mərkəz müdafiəçisi Qleison Bremer karyerasını başqa çempionatda davam etdirə bilər. 

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən məlumatına görə, 28 yaşlı oyunçu ilə Münhenin “Bavariya”, “Liverpul” və “Mançester Yunayted” klubları maraqlanır. Sözügedən klublar braziliyalı futbolçunu qış transfer pəncərəsi zamanı heyətinə qatmağı planlaşdırır və artıq futbolçunun agenti ilə danışıqlara da başlayıblar

Turin təmsilçisi isə Bremerin satışından 70-80 milyon avro gəlir əldə etmək niyyətindədir. Bremerin “Yuventus”la mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə 28 yaşlı müdafiəçi dörd oyunda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar qiyməti 50 milyon avro səviyyəsində qiymətləndirilir.







Transfer

Konate Bundesliqaya qayıda bilər
  • Transfer
  • 15:48 08.11.2025
Konate Bundesliqaya qayıda bilər