- Transfer
- 12:47 04.12.2025
Bir neçə gün əvvəl "Benfika"nın baş məşqçisi Joze Mourinyo şəxsi təşəbbüsü ilə "Əl-İttihad"ın hücumçusu Kərim Benzemaya zəng edərək onu Portuqaliya klubuna dəvət edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, 37 yaşlı forvard Mourinyo ilə söhbətdən sonra karyerasının son mərhələsinə yaxınlaşdığını anlayaraq Avropa futboluna qayıtmaq barədə düşünməyə başlayıb.
Eyni zamanda, yaranmış vəziyyət fonunda "Al-İttihad" fransalı hücumçu ilə müqaviləni uzatmaq variantını nəzərdən keçirir. Hazırkı müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub, lakin klub Benzemaya anlaşmanı 2027-ci ilə qədər uzatmağı təklif edə bilər.
Qeyd edək ki, Benzema və Mourinyo 2010–2013-cü illərdə Madrid "Real"ında birlikdə çalışıblar.
Fransalı forvard 2023-cü ilin yayından "Al-İttihad"ın şərəfini qoruyur. Transfermarkt portalının məlumatına əsasən, təcrübəli hücumçunun bazar dəyəri hazırda 7 milyon avro təşkil edir.