- Transfer
- 17:27 06.12.2025
“Atletiko” klubunun yarımmüdafiəçisi Konor Qallaher İngiltərəyə geri dönə bilər.
90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” klubu maraqlıdır.
“Qırmızı şeytanlar” ingilis futbolçunun Kazemironun potensial əvəzləyicisi olaraq nəzərdən keçirir. İngiltərə klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Daha əvvəl “Çelsi”də çıxış etmiş futbolçunun transfer dəyəri təxminən 60 milyon avro olaraq göstərilir.
Cari mövsümdə Qallaher “Atletiko” ilə 8 oyunda iştirak edib və bir qol vurub.