- Transfer
- 23:59 29.01.2026
“Arsenal”ın qapıçısı Kepa Arrisabalaqa qış transfer pəncərəsində komandadan ayrıla bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, 30 yaşlı qapıçı, ötən yay “Arsenal”la müqavilə bağlamasına baxmayaraq, yanvar ayında İtaliya Seria A klublarından birinə keçə bilər.
Xüsusilə “Komo”nun baş məşqçisi Sesk Fabreqasın ispaniyalı qolkiperin transferi ilə maraqlandığı bildirilir. Artıq oyunçunun agenti ilə ilkin danışıqlara da başlanılıb.
Qeyd edək ki, bu mövsüm Kepa yalnız İngiltərə Kubokunda bir oyunda meydana çıxıb və qol buraxmayıb. Qapıçının “kanonirlər”lə müqaviləsi 2028-ci ilə qədərdir. Transfermarkt portalına görə, Kepa Arrisabalaganın bazar dəyəri 10 milyon avrodur.