6 dekabr 2025. Şənbə

Qvardiola “Mançester Siti”nin əsas transfer hədəfini seçib


  • Transfer
  • 23:10 29.09.2025
  • Oxunma sayı: 226
Qvardiola “Mançester Siti”nin əsas transfer hədəfini seçib

İngiltərənin “Mançester Siti” klubu Fransanın PSJ komandasında çıxış edən yarımmüdafiəçi Joau Neveşi transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, 21 yaşlı futbolçu “Mançester Siti”nin əsas transfer hədəfi olsa da, Paris klubu onu satmaq niyyətində deyil və bütün təklifləri rədd edəcəyi gözlənilir. "Şəhərlilər" isə portuqaliyalının qış transfer pəncərsində heyətə qatılmasında israrlıdır.

Cari mövsümdə Neveş bütün turnirlər nəzərə alınmaqla dörd oyuna çıxıb və üç qol vurub. Futbolçunun PSJ ilə mövcud müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir. Transfermarkt portalına görə, Joau Neveşin bazar dəyəri 80 milyon avrodur.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır