15 dekabr 2025. Bazar ertəsi

"Siti" Rodriyə əvəzləyici tapıb


  • Transfer
  • 20:47 30.09.2025
  • Oxunma sayı: 119
"Siti" Rodriyə əvəzləyici tapıb

 “Bavariya”nın yarımmüdafiəçisi Aleksandar Pavloviçi karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, İngiltərə nəhəngi 21 yaşlı futbolçunun 29 yaşlı Rodrinin uzunmüddətli əvəzedicisi kimi heyətinə qatmağı planlaşdırır.

“Şəhərlilər” Pavloviçi gələn qış transfer pəncərəsində almaq imkanları üçün artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb. İngiltərə klubu alqı üçün 45-50 milyon avro təklif etməyə hazırdır.

Almaniyalı futbolçunun xidmətində “Yuventus” və “PSJ” klubları da maraqlıdır.

Cari mövsümdə Pavloviç bütün turnirlərdə 11 oyuna çıxaraq 1 qol vurub. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər etibarlıdır. Transfermarkt portalına görə, Pavloviçinin bazar dəyəri 55 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində