6 dekabr 2025. Şənbə

“Xavi ‘Mançester Yunayted’i çalışdıra bilər”


  • Transfer
  • 22:36 02.10.2025
  • Oxunma sayı: 107
“Xavi ‘Mançester Yunayted’i çalışdıra bilər”

“Barselona”nın sabiq futbolçusu Qaizka Mendieta hesab edir ki, Xavi “Mançester Yunayted”in baş məşqçisi təyin oluna bilər.

90deqiqe.Az xəbər verir ki, "OLBG" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Düşünürəm ki, əgər layihə düzgün olarsa, Xavi maraqlı olacaq. Premyer Liqada məşqçi olmaq istəyən kim yoxdur ki? Hətta bu çətin dönəmdə belə, ‘Mançester Yunayted’i çalışdırmaq istəyən çoxdur. Əgər layihə Xavi üçün uyğun görünərsə, əminəm ki, razılaşacaq. O, artıq hazırdır və fürsətini gözləyir. Bilirəm ki, onun bir neçə seçimi olub, amma layihələr uyğun gəlməyib”

Qeyd edək ki, Xavi 2023/2024 mövsümünün sonunda “Barselona”dan ayrıldıqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmur.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır