- Transfer
- 17:27 06.12.2025
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynunu karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumatına görə, “Real” və “Atletiko” 20 yaşlı futbolçunun xidmətində maraqlıdırlar.
“Kral klubu” və “matrasçılar” Maynunu “Mançester Yunayted”dəki vəziyyəti yaxşılaşmasa, transfer edə bilərlər.
Hazırda perspektivli İngiltərə millisinin üzvü az oyun vaxtı əldə edir. Eyni zamanda, Maynunun vəziyyəti “qırmızı şeytanlar” baş məşqçini dəyişsə, yaxşılaşa bilər.
Transfermarkt portalının ekspertləri Kobbi Maynunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.