- Transfer
- 15:10 14.12.2025
Seneqallı hücumçu Nikolas Cekson “Çelsi”dən “Bavariya”ya daimi keçid edə bilər.
90deqiqe.Az-ın "TBR Football"a istinadən məlumatına görə, “Bavariya” yay transfer pəncərəsində Ceksonun müqaviləsini “Çelsi”dən satın almağı planlaşdırır, hətta futbolçu icarə müddəti üçün öhdəlikləri yerinə yetirməsə belə bu transferi reallaşdırmaqda israrlıdır. Münhen klubu artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
24 yaşlı forvard 1 sentyabr tarixində “Bavariya”ya icarəyə verilib.
O vaxtdan etibarən Cekson bütün turnirlərdə 5 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalının ekspertləri onun bazar dəyərini 50 milyon avro qiymətləndirirlər.