15 dekabr 2025. Bazar ertəsi

"Barselona" "Benfika"nın müdafiəçisi üçün hərəkətə keçib


  • Transfer
  • 22:08 03.10.2025
  • Oxunma sayı: 159
"Barselona" "Benfika"nın müdafiəçisi üçün hərəkətə keçib

"Benfika"nın müdafiəçi Qonsalu Oliveira karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisinin idman direktoru Deku 19 yaşlı futbolçunun agentləri ilə görüş keçirib.

Görüş zamanı futbolçunun dərhal katalon klubuna transferi ilə bağlı açıq danışıqlar aparılmayıb. “Blauqrana” klubunda əvvəlcə Oliveiranın oyununu diqqətlə izləmək niyyəti var.

Cari mövsümdə müdafiəçi bütün turnirlər üzrə 4 oyunda iştirak edib və 1 qol vurub. Oyunçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalına görə, Oliveiranın bazar dəyəri 1,5 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində