- Transfer
- 12:47 04.12.2025
“Atletiko” komandasının sağ cinah müdafiəçisi Nauel Molina karyerasını İngiltərənin “Mançester Siti” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, "şəhərlilər" argentinalı futbolçunun xidmətində maraqladır. İngilis klubunun futbolçunu yanvar transfer pəncərəsi zamanı almaq ehtimalı var.
“Şəhərlilər” Molinaı Xosep Qvardiolanın komandasında ehtiyac duyulan bir çox xüsusiyyətlərə sahib oyunçu hesab edir.
Molina “matrasniklər”də 2022-ci ilin yayından çıxış edir. Cari mövsümdə futbolçu bütün turnirlər üzrə 8 oyunda iştirak edib, lakin məhsuldar hər hansı hərəkət etməyib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına görə, Molinaın bazar dəyəri 20 milyon avro təşkil edir.
Qeyd edək ki, Molina 2022-ci ildə Argentina milli komandası ilə dünya çempionu olub.